Gəndab-Yalama yolunun hərəkəti bərpa olundu

 Gəndab-Yalama yolunun hərəkəti bərpa olundu

Xəbər verdiyimiz kimi, Şabran rayonunda ötən gün söndürülən meşə massivindəki yanğınlar yenidən güclənmişdi. 

FHN-dən verilən məlumata görə, yanğın yerinə Siyəzəndən 1, Sumqayıtdan 2, Şabrandan 2 yanğınsöndürmə avtomobili, 1 helikopter və 100 nəfər canlı qüvvə cəlb olunub. 

Bundan əlavə Şabran rayon İcra Hakimiyyətinə və Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus 10 ədəd  xüsusi texnika yanğının söndürülməsinə cəlb olunub. 

Həmçinin Gəndab-Yalama avtomobil yolunda avtomobillərin hərəkəti bərpa olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

23:08 - 12 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin