Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO

 Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan növbəti köç karvanı ilə yola salınan ailələr Füzuli şəhərinə çatıblar.

Asayi.az  bildirir ki AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağın dilbər guşələrindən olan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 27 ailə olmaqla, 115 nəfər Füzuli sakini öz yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar.

***07:58

Yanvarın 29-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Bu mərhələdə Füzuliyə daha 27 ailə (115 nəfər) köçürülüb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 527 ailənin (1969 nəfər) daimi məskunlaşması təmin edilib.

 

16:30 - 29 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin