Bu işçilərin maaşı 3 dəfə artırılıb

 Bu işçilərin maaşı 3 dəfə artırılıb

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Asayis.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqlarının məbləği artırılıb. Belə ki, aylıq əməyinin ödənişi fondunun məbləği 10 080 manatdan 31 466 manata çatdırılıb. Qərar yanvarın 1-dən tətbiq edilir.

13:30 - 26 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin