Siqaretin qiymətinin hər il artmasına baxmayaraq, buna tələbat azalmır.
Mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirilib.
Sakinlər bildiriblər ki, siqaretin zərərlərini bildikləri halda istifadə etməyə davam edirlər.
“Siqaret mənim üçün yeməkdən üstündür. 36 ildir siqaret çəkirəm. Artıq öyrəşmişəm”, - deyə paytaxt sakini bildirib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ən çox siqaret çəkən ölkələrin statistikasını açıqlayıb. Ən çox siqaret çəkən 149 ölkə arasında Azərbaycan 86-cı yerdədir.
Daha ətraflı “ARB Xəbər”in süjetində:
VİDEO