"Torqovı"da kanalizasiya quyusunda partlayış olub

Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.

 

00:17 - 12 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin