Bu il Cəbrayıla köç olacaq - Şəhər mərkəzində 33 yaşayış binası tikilir - VİDEO

 Bu il Cəbrayıla köç olacaq - Şəhər mərkəzində 33 yaşayış binası tikilir - VİDEO

Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur.

Asayis.az  xəbər verir ki, bu barədə məlumatı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yayıb.

Bildirilib ki, kompleksdə 33 yaşayış binası tikilir.

4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq.
Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.

Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

 

VİDEO

13:30 - 25 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin