Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur.
Asayis.az xəbər verir ki, bu barədə məlumatı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yayıb.
Bildirilib ki, kompleksdə 33 yaşayış binası tikilir.
4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq.
Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.
Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.
VİDEO