Şabrandakı yanğın söndürülüb

 Şabrandakı yanğın söndürülüb

Şabran rayonu, Ağalıq kəndi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin gördüyü operativ və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

Nazirlikdən verilən məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara əsasən, təxminən, 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb.

Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları və yerli kənd sakinləri iştirak ediblər.

14:51 - 11 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin