“Şagird nədir, cibində bıçaq gəzdirmək nədir?”

 “Şagird nədir, cibində bıçaq gəzdirmək nədir?”

“Liatris Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva sosial media hesabında Gəncədə qətlə yetirilən şagirdlə bağlı paylaşım edib.

Asayis.az xəbər verir ki, iş xanımı bu barədə feysbukda yazıb.

“Əziz dostlar! Hamınız kimi mən də Gəncədə baş verən hadisəyə üzüldüm. Orta məktəb şagirdinin öz yaşıdı tərəfindən qətlə yetirilməsi faciəvi bir hadisədir. Allah valideynlərinə dözüm və səbir versin. Məncə hər şeyin kökündə təhsil və nəzarət dayanır. Həmin yaşdakı uşaqlar fizika, kimya, tarix və s. fənləri oxumaq əvəzinə cəmiyyətin əxlaqi və mədəni dəyərlərini korlayan yollara baş vururlar. Şagird nədir, cibində bıçaq gəzdirmək nədir? İnsan dəhşətə gəlir. Əyalətlərdə bu daha çox yayılıb. Bəzən valideynlər də buna biganə yanaşırlar. Axı sən evdə görmürsən ki, övladının cibində bıçaq var. Nəyinə lazımdır o bıçaq? Uşaqlar ağ bir kağız parçasıdır. Ora nə yazarsan, o yolla da gedərlər. Bu həm də, bir tərbiyəyə bağlı məsələdir. Öz övladına tərbiyə ver və daim nəzarətdə saxla ki, başqasına ziyan vurmasın”, - deyə, o, bildirib.

Qeyd edək ki, Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə həmyaşıdı F. Şabanov tərəfindən kəsici-deşici alətlə qətlə yetirilib.

15:30 - 24 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin