Dünən gecə saatlarından başlayan qar yağışı hələdə davam edir.
Asayis.az xəbər verir ki, gece saatlarından Şamaxı - İsmayıllı avtomobil yolunun Muğanlı dolaylarında və digər istiqamətlərdə yollar buz bağlayıb.
DYP əməkdaşları tərəfindən sürücülərə xəbərdarlıq edilib və zərurət yaranmadığı təqdirdə yola çıxmamaları tövsiyə olunub. Ərazidə yolların bəzi hissələrinin qardan təmizlənməsinə baxmayaraq gediş-gəlişin təhlükəli olduğu deyilir.
Qarın yağması rayonlarda dağətəyi kəndlərə gediş-gəlişdə də problemlər yaradıb. Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının dağətəyi kəndlərində qarın hündürlüyü 35-40 sm-ə çatıb.
Hazırda kənd yollarının təmizlənmə işləri davam edir.