Şabranda meşə yanğını genişlənib, obyektlər yanıb, yol bağlanıb

 Şabranda meşə yanğını genişlənib, obyektlər yanıb, yol bağlanıb

Şabranda baş verən güclü yanğın nəticəsində magistral yol bağlanıb, bölgədəki bir sıra ictimai-iaşə obyektləri yanıb.

Rayonun Ağalıq kəndində baş verən yanğının miqyası getdikcə genişlənir.

Belə ki, avtomobillərin hərəkəti üçün ciddi təhlükə yarandığından Gəndob-Xaçmaz-Yalama avtomobil yolu bağlanıb. Həmçinin ətrafda yerləşən bir sıra ictimai iaşə obyektləri yanıb.

Meşə massivindən ətrafa yayılan yanğın yaxınlıqda olan kənd üçün təhlükə yaratmaqda davam edir.

20:04 - 10 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin