Aşıq Ədalətin vəsiyyəti: "Saz mənimlə dəfn edilməlidir" - VİDEO

 Aşıq Ədalətin vəsiyyəti:


 

Mərhum Aşıq Ədalətin dostu Murad Məmmədov ilk dəfə onun vəsiyyətini açıqlayıb.

Asayis.az  xəbər verir ki, "AStar" layihəsinə qonaq olan Məmmədov aşığın vəfat edən zaman sazı ilə birlikdə dəfn edilməsi istəyindən danışıb:

"Vəsiyyəti o idi ki, deyirdi "Saz mənimlə dəfn edilməlidir". Axırda onunla ikimiz oturduq söhbət etdik. Uzun mübahisədən sonra dedim ki, icazə verməyəcəm saz səninlə basdırılsın. Aşıq Ədalət sazının üzünü dəyişmişdi. Ona dedim ki, bu sazın ən aparıcı hissəsidir. Bunu sənin qəbrinə qoya bilərik. Bundan sonra o razılaşdı.

Öz vəziyyətinə uyğun olaraq onu Qazaxda böyük izdihamla dəfn edildi. Həmin o sazın üzünü də qəbrində onun sinəsinin üstünə qoydular".

Xatırladaq ki, Aşıq Ədalət 2017-ci il sentyabr 14-də 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Mərhum sentyabrın 15-də Qazax rayonunun Ağköynək qəbiristanlığında torpağa tapşırılıb. Ətraflı videoda:

BAKU.WS

VİDEO

18:00 - 22 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin