“Mirvari park”dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR

 “Mirvari park”dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR

Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində güclü yanğın baş verib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb.

TƏBİB-dən verilən məlumata görə, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə bağlı yerində yardım göstərilib.

14:30 - 10 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin