“Hadisədən sonra ərim...” - MƏHKƏMƏ

 “Hadisədən sonra ərim...” - MƏHKƏMƏ

Astara rayonunda 1983-cü il təvəllüdlü Daşqın ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 24 oktyabr 2023-cü ildə, saat təxminən 16 radələrində Astara rayonunun Təngərüd kəndində baş verib. Daşqın yaşadığı fərdi yaşayış evinin həyətində arvadı Könül ilə arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun baş nahiyəsinə bir neçə zərbə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

Zərərçəkmiş Könülün sözlərinə görə, əri Daşqınla münasibətləri həmişə yaxşı olub: “Oktyabrın 24-də, saat təxminən 16 radələrində yaşadığımız evdə olan zaman ərimlə aramızda mübahisə baş verdi. Mübahisə zamanı ərim məni yumuruqla başımdan bir-neçə zərbə vuraraq məni döydü. Hadisədən sonra ərim məndən üzr istədiyinə görə onu bağışladım. Biz barışdıq”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Daşqının barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

14:00 - 20 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin