ABŞ-da aparılan araşdırmalar, gənclik dövründə stress yaşayan şəxslərin ürək sağlamlıq problemləri ilə qarşılaşma riskinin daha yüksək olduğunu ortaya çıxarıb.
Asayis.az xəbər verir ki, araşdırmanın nəticələri "Amerika Ürək Assosiasiyası" jurnalında dərc olunub.
Belə ki, tədqiqatçılar 13-24 yaş arası 276 nəfəri üzərində araşdırma aparıblar.
İştirakçılar stress səviyyələrinə görə 4 qrupa bölünüblər: “ardıcıl olaraq yüksək stress”, “zamanla azalan stress”, “zamanla artan stress” və “daimi aşağı stress”.
Araşdırmalar nəticəsində alimlər müəyyən ediblər ki, stress səviyyəsi yüksək olan insanlar sonrakı yaşlarda daha çox kökəlirlər, piylənmə riski daha yüksək olur və buna görə də ürək xəstəlikləri riski artır.
Bu insanların yaşlandıqca damar sağlamlığının daha da pisləşdiyi, təzyiqlərinin daha yüksək olduğu da məlum olub.