Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində 15 nəfər saxlanılıb.
Asayis.Az xəbər verir ki, saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman ümumi çəkisi 2 kq-yaxın müxtəlif çeşidli narkotik vasitələr, o cümlədən güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Hər bir faktla bağlı Samux Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.