Ağsuda qanunsuz ov edən şəxslər müəyyən olunub

 Ağsuda qanunsuz ov edən şəxslər müəyyən olunub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağarx kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Asayis.az-a  verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri – S.Manafov, E.Nəcəfzadə və A.Alışov olduqları müəyyən edilib. Həmin şəxslərdən 1 ədəd “İJ” markalı ov tüfəngi və ovladıqları çöl quşları aşkar olunaraq götürülüb.

14:15 - 16 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin