Azərbaycan polisi Şuşa və Xankəndi şəhərlərində xidmət başındadır.
Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sosial media hesablarında fotolar paylaşılıb.
Qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Azərbaycan polisi öz xidmətini şərəflə yerinə yetirir.
Sözügedən fotolar sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. İzləyicilər polislərimizlə qürur duyduqlarını yazıblar.