Bakıda mənzildə partlayış, xəsarət alan var

 Bakıda mənzildə partlayış, xəsarət alan var

Bakının Nəsimi rayonunda mənzildə qaz sızmasından partlayış zamanı ev sakini ağır xəsarət alıb.

Hadisə Hüseyn Seyidzadə 26 ünvanında qeydə alınıb.

Aynurə Qaralova elektrik lampasını yandıran zaman evdə partlayış baş verib. Əraziyə FHN-nin əməkdaşları və 2 təcili yardım briqadası cəlb olunub. Həkimlər bildiriblər ki, A.Qaralovanın vəziyyəti ağırdır.

Ərazidə ekspertiza işləri aparılır.


08:04 - 6 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin