Aygün Bəylərlə vida mərasimi keçirilir

 Aygün Bəylərlə vida mərasimi keçirilir

Bu gün Əməkdar artist Aygün Hümmətova  (Bəylər) ilə Səttar Bəhlulzadə adına mədəniyyət sarayında vida mərasimi keçirilir. 

  Asayis.az  xəbər verir ki, mərasimdə xanəndənin ailə üzvləri, yaxınları və bəzi sənət dostları iştirak edirlər. Onlar arasında tanınmış aktyorlar, aparıcılar, Əməkdar və Xalq artistləri də var.

Xatırladaq ki, Aygün Hümmətova bu il yanvarın 6-da gecə saatlarında Türkiyənin paytaxtı Ankarada vəfat edib. Xanəndə 1975-ci ildə avqustun 22-də Bakıda doğulub.

Aygün Bəylər ilk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində alıb. O uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aygün Bəylərdən geriyə Canan adlı azyaşlı övladı qaldı.

 

VİDEO

 

12:30 - 8 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin