53 yaşlı kişi sevgilisini açıq-saçıq geyindiyinə görə daşladı - Kənddə rüsvayçılıq

 53 yaşlı kişi sevgilisini açıq-saçıq geyindiyinə görə daşladı - Kənddə rüsvayçılıq

Ağcabədi rayonunda 1971-ci il təvəllüdlü Fərman tanışı Fərizəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin iyulun 17-də, saat 23 radələrində Ağcabədi rayonunun Arasbar kəndində baş verib. Fərman tanışı Fərizə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Baş vermiş mübahisə zamanı Fərman daşla qəsdən Fərizənin sağ qol nahiyəsinə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Fərmanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bir neçə ildir Fərizəni tanıyır: “Aramızda mehriban münasibətlərimiz olub. İyulun 17-də, təxminən saat 20 radələrində Fərizə ilə görüşüb və birlikdə yeyib-içmək üçün onun mobil telefonuna zəng vurdum. Onu Arasbar kəndinə gəlməsini dedim. Bir müddət sonra Fərizə zəng etdi və Arasbar kəndinin girişində olduğunu, həmin yerə gəlməyimi bildirdi. Mən də Fərizənin dayandığı yerə getdim. Onun kəndə açıq-saçıq geyinərək gəldiyinə görə iradımı bildirdim. Həmin vaxt aramızda mübahisə yarandı. Fərizə oradan getmək istəyərkən ona acığım tutdu. Yerdən götürdüyüm daşı qəsdən ona tərəf atdım. Atdığım daş Fərizənin sağ qol nahiyəsinə dəydi. Fərizə yerə yıxıldı və aldığı zərbədən bədən xəsarəti aldı. Onu xəstəxanaya gətirdim. Xəstəxanada ona ilkin yardım göstərildi. Sonradan Fərizədən üzr istəyərək onunla barışmışam”.

Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fərmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

11:30 - 7 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin