"Bolmart"da 28 nəfər zəhərləndi

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib.

"14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılmışlar".

10:40 - 4 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin