Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən ölümcül döyülüb.
Asaxəbər verir ki, o bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.
Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb.
Nəticədə aralarında mühabisə yaranıb və danışıq qanla bitib.
Kikboksçu xanım bildirib ki, zərbələr nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.
Sözügedən paylaşımı təqdim edirik:
VİDEO