Xəzərdə qağayıların quş qripindən öldüyü üzə çıxıb

 Xəzərdə qağayıların quş qripindən öldüyü üzə çıxıb

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Atırau vilayətidə quş qripinə qarşı 6,3 min doza vaksin ayırıb. 

İyunun sonlarında Xəzərdə DS-04 və DS-01 süni adalarından 78 km uzaqlıqda 1000-dən çox ölmüş qağayı aşkarlanıb.

Laboratoriya analizi zamanı nümunə üçün götürülmüş iki qağayıda quş qripi aşkarlanıb. Nümunələr yenidən laboratoriya analizi üçün Böyük Britaniyadakı laboratoriyaya göndərilib. 

Qazaxıstanda ayrılan 6 291 doza vaksin təhlükəli zonadakı ev quşlarının peyvəndlənməsi üçün istifadə ediləcək. 

Ümumilikdə, 2022-ci il ərzində 16 370 180 ev quşuna quş qripinə qarşı vaksin vurulması nəzərdə tutulub.

18:41 - 3 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin