Qayınatası tərəfindən şiddət görən gəlin evdən qaçdı, əri isə...

 Qayınatası tərəfindən şiddət görən gəlin evdən qaçdı, əri isə...

Abşeron rayonunda 1994-cü il təvəllüdlü Əlvan ailə münaqişəsi zəminində yaranan  mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin sentyabrın 14-də, saat 18 radələrində baş verib. Əlvan arvadının üzərinə hücum edərək yumruğu ilə qəsdən onun bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. o bildirib ki, 2017-ci ildə Sevil ilə ailə həyatı qurub və birgə nigahdan 3 övladları olub: “Ailə həyatı qurandan sonra Şamaxı rayonu, Bağırlı kəndində valideynlərimə məxsus evdə yaşamışam. Peşə fəaliyyətim ilə bağlı işləmək üçün Bakı şəhərinə gedib-gəlmişəm. Yaşadığımıız ünvanda arvadımla aramızda heç vaxt hər hansı bir mübahisə və münaqişə baş verməyib. Ancaq bir neçə dəfə Sevilıə atam Bəhruz arasında mübahisələr baş verdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə Şamaxı rayonunda olarkən arvadı Sevil xəmir yoğurub və bişirməsi üçün qonşuya gedib: “Bunu bilən atam arvadıma irad bildirdi. Nəticədə aralarında sözlə mübahisələri baş verdi. Lakin həmin vaxt atam arvadımı Qönçələri döyməyib. Bundan sonra qaynanam yaşadığımız evə gəldi və arvadımı yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki evinə apardı. Mən bu barədə biləndən sonra 2 dəfə Sevilin yaşadığı Müşfiqabad qəsəbəsindəki valideynlərinin evinə getmişəm, onunla görüşməklə evə qayıtmasını xahiş etmişəm. Lakin arvadım Abşeron rayonunda ev kirayə tutmayacağım təqdirdə mənimlə birlikdə yaşamayacağını dedi”.

Əlvanın ifadəsinə görə, hadisə günü, saat 18 radələrində arvadı Sevilin yaşadığı valideyinlərinin evinə gedib və onunla söhbət etmək istədiyini deyib: “Lakin Sevil həyətin qapısını açmadı. Mən də məcbur qalaraq daş hasarın üstünə çıxmaqla həyətə düşdüm. Sevildən evə qayıtmağını xahiş etdim. Lakin Sevil mənimlə  razılaşmadı və Abşeron rayonunda ev kirayə tutaraq yaşamağımı dedi. Mən də evin tək oğlu olduğumu, valideynlərim ilə birlikdə yaşamalı olduğumu bildirdim. Həmin vaxt aramızda sözlə mübahisə baş verdi və həmin mübahisə münaqişəyə çevrildi. Əsəbləşdiyimdən yumruqla Sevilin qollarından və çiynindən zərbələr vurdum. Zərbələrin təsirindən Sevil özünü itirdiyindən yerə yıxıldı, başı həyətdə olan stolun kənarına dəyərək xəsarət aldı. Sevilin halının pisləşdiyini gördüm və həyətdən çıxaraq getdim. Həmin gün axşam arvadımın onu döyməm barədə polisə şikayət etdiyini bildim”. 

İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, Əlvanla ailə həyatı qurandan sonra qayınatası onu təhqir edib və incitdib: “Bütün bunlardan bezdim və avqustun 9-da uşaqlarından böyüyünü götürərək Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən atamın evinə gəldim və orada qalmağa başladım. Ərim ilə uşaqlarından ikisi isə Şamaxıda qalmaqda davam etdilər. Avqustun 9-dan döyülənə qədər Əlavan iki dəfə atamın evinə gələrək məni söyüb, təhqir edib. Lakin Əlvanın rayondakı evə qayıtmamışam. Yalnız valideynlərimin yaxınlığında ev kirayələcəyi təqdirdə onunla qala biləcəyimi bildirmişəm. Əvvəllər Əlvandan şikayət etməmişəm”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 18 radələrində atasının evində həyətdə iş görərkən həyat yoldaşı Əlvan qəfldən daş hasarın üstündən həyətə tullanıb: “Məni nalayiq ifadələrlə təhqir etdi, məndən atası evinə qayıtmağımı tələb etdi. Mən də Əlvana  atasının təhqirlərindən və əzablarından bezdiyimi, istədiyim halda Abşeron rayonunda ev kirayə tutmağını, birlikdə həmin evdə yaşamağımı dedim. Lakin Əlvan bu təklifim ilə razılaşmadı, yumruqla sol qolumdan və çiynimdən zərbələr vuraraq məni döydü. Nəticədə Əlvanın zərbəsindən özümü itirərək yerə yıxıldım və başım həyətdə olan stolun kənarına dəydiyindən xəsarət aldım. Bundan sonra halı pisləşdiyindən Əlvan məni həmin vəziyyətdə qoyaraq getdi. Bundan təxminən 4-5 saat sonra toy məclisindən gələn valideynlərim həyat yoldaşım Əlvanın məni döyərək xəsarət yetirdiyini gördülər”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əlvanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət
məsuliyyətindən azad edilib. 

Demokrat.az

12:00 - 30 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin