“Ailəsini dolandırmaq üçün müəllimlikdən uzaqlaşır” - Kişi müəllimlərin sayı niyə azdır?

 “Ailəsini dolandırmaq üçün müəllimlikdən uzaqlaşır” - Kişi müəllimlərin sayı niyə azdır?

Azərbaycanda kişi müəllimlərin sayı kəskin azalıb. Belə ki ölkədə ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var. Paytaxt və bölgələrə görə də kişi müəllimlərin sayında kəskin fərq var. Təhsil eksperti Elçin Murad açıqlamasında problemin səbəblərinə toxunub:



“Məktəblərdə müəllimlərin maaşı zəruri xərcləri tam ödəmir. Buna görə də kişi müəllimlər ailəni saxlamaq üçün orta məktəblərdən uzaqlaşırlar. Bütün kişi müəllimlər bu problemlə qarşılaşırlar. Orta məktəblərdə qadın müəllimlər üstünlük təşkil edir, idarəçilik üsulu da qadınların öhdəsindədir. Məktəblərdə idarəçilik sistemində bəzi ədalətsizliklərin olması da kişi müəllimlərin təhsil mühitindən uzaqlaşmasına səbəb olur. Repetitorların çoxu isə kişi müəllimlərdir.  

Orta məktəblərdə müəllimlərin əməkhaqqısı artırılmalıdır. Kişi müəllimləri həvəsləndirmək üçün əlavə özfəaliyyətə cəlb etmək olar.  MİQ imtahanlarında vakansiyaya, orta məktəb proqramına aidiyyəti olmayan suallara çox yer verilir, bu da kişi müəllimlərin dərs deməkdən imtina etməsinə səbəb olur. Hər imtahandan sonra müəllimlərin bu barədə narazılığına rast gəlirik. Kişi müəllimlərin təhsilə cəlb edilməsi üçün müəyyən proqramların işlənməsinə ehtiyac var”.

Demokrat.az

14:45 - 29 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin