Bakıda 38 yaşlı kişi tanışı olan qadını boğdu

 Bakıda 38 yaşlı kişi tanışı olan qadını boğdu

Bakının Suraxanı rayonunda tanışını öldürməkdə təqsirləndirilən Səbuhi Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Asayis.Az
 xəbər verir ki, cinayət işi  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Tağıyevin icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu ilin avqustun 24-də saat 22:00 radələrində Suraxanı rayon sakini 1977-ci il təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbuhi Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.
 

10:15 - 29 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin