Ulu Öndərin 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

 Ulu Öndərin 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

İnstitutun əməkdaşları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfransda iştirak ediblər

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin aqrar siyasəti və irsi gənclərimiz üçün bir xəzinədir” mövzusunda elmi-praktiki konfrans keçirilib. 

Elmi-praktiki konfransı ÜŞETİ-nin direktoru Vüqar Səlimov açaraq, iştirakçıları salamlayıb və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra V.Səlimov “Azərbaycanda üzümçülüyün inkişafının qızıl dövrü Ulu Öndər H.Əliyevin adı ilə bağlıdır” təqdimatı ilə çıxış edib. 

Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ), Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, ÜŞETİ-nin əməkdaşları, institutun "Gənc Alimlər Təşkilatının" üzvləri, 2 saylı orta məktəbin müəllim və şagird heyəti və s. iştirak ediblər.

Konfransda ƏETİ-nin əməkdaşları a.e.ü.e.d dosent Yasin Kərimov və b.e.ü.f.d Mehdi Mehdiyev çıxış edərək, Müstəqil Azərbaycan Dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən, şərəfli həyat və fəaliyyətindən danışıblar.

14:10 - 28 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin