"Bütün dünyada ana ölümlərinin üç əsas səbəbi bunlardır" - AÇIQLAMA

smayıllıda 31 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra ölüb. Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə qeysəriyyə əməliyyatı olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Asayis.Az xəbər verir ki, ginekoloq Rəşad Sultan açıqlamasında qeysəriyyə əməliyyatında riskli amillərdən danışıb:



“Hər əməliyyat üçün əks-göstəriş hesab olunan hallar qeysəriyyə üçün də əks-göstərişdir. Ağır ürək xəstəlikləri zamanı hamiləyə təbii doğuş üçün təkid etmək lazımdır. Qeysəriyyə zamanı ölüm halları əməliyyat əsnasında və əməliyyatdan sonrakı qısa zaman ərzində, həmçinin bir müddət vaxt keçdikdən sonra da baş verə bilər. Hər əməliyyatda olduğu kimi qeysəriyyədə də qanaxma riski var, bundan başqa infeksiya və tromboemboliya riski var. Qeysəriyyə əməliyyatında doğuşa nisbətən infeksiya və tromboemboliya riskləri daha çoxdur. Doğuşa nisbətən əməliyyatda qızdırmalı hallara 6 dəfə çox rast gəlinir. Qanın laxtalanma qabiliyyəti də doğuşla müqayisədə 3 dəfə, adi vaxtla müqayisədə 6 dəfə artmış olur. Qanaxma isə əksinə, doğuşda daha çox olur, qeysəriyyədə isə vəziyyəti nəzarətdə saxlamaq mümkün olur. Bütün dünyada ana ölümlərinin üç əsas səbəbi bunlardır”.
demokrat.az

10:30 - 28 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin