Bakıda həmcinslərini fahişəliyə məcbur edən qadının barəsində cinayət işi açıldı

 Bakıda həmcinslərini fahişəliyə məcbur edən qadının barəsində cinayət işi açıldı

Bakının Nərimanov rayonunda qadınları fahişəliyə məcbur etməkdə ittiham olunan Kəmalə Yusifovanın barəsində cinayət işi başlanıb. 

Asayis.Az-ın məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Xalidə Əlisoyun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, cinayət işi üzrə iki qadın zərərçəkmiş qismində tanınıb.

Demokrat.az

17:30 - 27 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin