Bakıda məşhur tamada bıçaqlanıb

 Bakıda məşhur tamada bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Mikayıl Əliyev 9b ünvanında yerləşən Altun şadlıq sarayında qeydə alınıb.

Şadlıq sarayında məclis aparan Mehdiyev Yaqub İsaq oğlu toyda qonaq olan şəxsin hücumuna məruz qalıb. O, bel nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bıçaqlanan Y.Mehdiyev Natiq Dağlar oğlu təxəllüsü ilə tanınan tamadadır.

03:05 - 2 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin