Bu ölkədə atəşfəşanlıq qadağan edildi

 Bu ölkədə atəşfəşanlıq qadağan edildi

Nigeriyada Milad və Yeni il şənlikləri zamanı atəşfəşanlıq və partlayıcı məhsullardan istifadə təhlükəsizlik üçün görə qadağan edilib. Asayis.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ölkədə artan təhlükəsizlik problemləri səbəbindən ştatlarda Milad və Yeni il şənliklərində atəşfəşanlıq və bütün partlayıcı məhsulların satışı və istifadəsi qadağan edilib. 

Həmçinin, ictimaiyyətin təhlükəsizliyi üçün belə bir qərarın verildiyi, borcunu yerinə yetirməyənlərin saxlanılacağı və barələrində cinayət işi açılacağı bildirilib. 

Səlahiyyətlikər şənliklər zamanı xalqı partlayıcı materiallardan uzaq durmağa çağırıb.

11:45 - 26 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin