Gürcüstanda dərmanlar əhali üçün daha əlçatan olacaq - 40 faiz ucuz...

 Gürcüstanda dərmanlar əhali üçün daha əlçatan olacaq - 40 faiz ucuz...

"2024-cü ildə Gürcüstan əhalisi üçün dərmanlar daha da əlçatan olacaq". Asayis.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

"Universal səhiyyə proqramı xəstəliklərin, xüsusən də xərçəngin erkən aşkarlanması üçün yeni komponent təqdim edəcək və bu, xəstələr üçün bahalı testləri əhatə edəcək", - o söyləyib.

Nazir müavini əlavə edib ki, bahalı dərmanların istehsalçılardan birbaşa alınması imkanı vətəndaşlara və dövlətə onların dəyərinin 40%-nə qədər qənaət etməyə imkan verəcək.

17:00 - 25 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin