"Dedi ki, generalın arvadı ölüb, iş gecikir - FHN-in sabiq əməkdaşının dələduzluq əməli

Abşeron rayonunda 1990-cı il təvəllüdlü Sərxan tanışı Nicata qarşı dələduzluq edib. 

Asayis.Az-ın məlumatına görə, Sərxan etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Nicatın dayısı oğlu Azəri Fövqəladə Hallar Nazirliyinin Cəbrayıl rayonu yanğından mühafizə idarəsinə işə düzəldəcəyi ilə əlaqədar yalan vəd edib. 

Bu niyyətlə Nicatdan 15 sentyabr 2019-cu ildə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Favorit” marketin qarşısında 5200 manat, 20 oktyabr 2020-ci ildə eyni ünvanda 4800 manat, 10 dekabr 2020-ci ildə Nərimanov rayonu ərazisində yerləşən Kooperasiya Universitetinin yaxınlığında 2000 manat, 2021-ci ildə Yasamal rayonunda yerləşən İran Klinikasının qarşısında 700 manat, həmin il İnşaatçılar metrosunun yaxınlığında 1000 manat, mayın 15-də Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllə ərazisində 1300 manat alıb. Ümumilikdə Nicatın 15.000 manatını dələduzluq  yolu ilə ələ keçirib. 

Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nicatı təxminən 3 ilə yaxındır tanıyır: “2019-cu ildə Nicatla təsadüfən görtüşdüm. Nicat dedi ki, qohumuni Cəbrayıl rayonunda yerləşən Yangından mühafizə xidmətinə işə düzəltmək lazımdır. Mən də əvəllər Fövqaladə Hallar Nazirliyində işlədiyim üçün Nicata dedim ki, 15000 manat pul verərəsən, düzəldə bilərəm. Bundan sonra Nicat mənə qohumunun sənədlərini verdi. Mən də ondan 15 sentyabr 2019-cu ildə ilkin olaraq 5200 manat pulu Binəqədi rayonu 9-cu mikrarayonda yerləşən “Favorit” marketin yanında, 20 oktyabr 2020-ci il tarixdə isə həmin ünvanda 4800 manat aldım”. 

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Nicata 10 dekabr 2020-ci ildə 2000 manat pulu apararaq Nərimanov rayonunda yerləşən Kooperasiya Universitetinin yaxınlığında İlkin adlı şəxs verməsini deyib: “2021-ci ildə Yasamal rayonunda yerləşən İran klinikasının yaxınlığında 700 manat, İnşaatçılar metrosunun yaxınlığında 1000 manat, 15 may 2021-ci ildə Abşeron rayonu Masazır qəsəbəsi yeni məhəllədə 1300 manat pulu mənə verib. Nicatdan pulu aldıqdan sonra işi 1-2 aya həllə edəcəyimi desəm də, sonradan pulu öz şəxsi ehtiyaclarıma xərclədim. Həmin pulu sonradan Nicata qaytara bilmədim. Bundan sonra Nicatın Abşeron rayon polis idarəsinə şikayət etdiyi barədə məlumat aldım. Sonradan Nicatdan aldığım puldan 1800 manatını qaytarmışam”.

Təqsirləndirilən şəxs əlavə olaraq göstərin ki, onun tanışı İlkinə pul borcu olduğundan Nicatdan aldığı pulun 2000 manatını İlkinə çatdırılmasını bildirib: “Lakin İlkin Nicatın qohumunu işə düzəltməsi ilə bağlı hər hansı məlumatı olmayıb. Nicata dəymiş maddi ziyan ödənilib. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Nicatın sözlərinə görə, 2019-cu ildə dayısı oğlu Azər ona Cəbraıl rayonu Fövqaladə Hallar Nazirliyinin Yangından Mühafizə Xidmətinə işə düzəlmək istədiyini deyib: “Məndən xahiş etdi ki, onu həmin xidmətə işə düzəldim. Mənim də tanışım əvəllər Föqaladə Hallar Nazirliyində işləmiş Sərxana müraciət etdim. Sərxanda dedi ki, Azəri Cəbrayıl rayonunda yerləşən Fövqaladə Hallar Nazirliyinin Yangından Mühfaizə Xidmətinə işə düzəldə bilərəm. Buna görə məndən 15000 manat pul istədi”. 

Zərərçəkmiş qeyd edib ki, ümumilikdə Sərxana 15000 manat pul verib: “Pulu tam qurtardıqdan sonra Sərxan sənədlərin qaydasında olduğunu, 1 aya dayım oğlu Azərin işə çıxacağını bildirsə də, lakin sonradan məlum oldu ki, Sərxan məni aldadaraq heç bir yerdən razılıq almayaraq həmin pulları sonuncu özü xərcləyib. Sərxanın məndən pulları alması ilə bağlı qol çəkib yazdığı kağızları araşdırma dövründə təqdim etmişəm. İşin uzanmasının pandemiya səbəbindən, həmçinin hansısa generalın həyat yoldaşının ölməsini bəhanə edib. Lakin məndən tələb edilmiş 15.000 manat pulu tam olaraq vermişəm. Həmin pul özümə məxsus pullar olub. Azər işə düzəlməsi üçün mənə hər hansı məbləğdə pul verməyib. Həmin pulları Sərxana verərəkən yanında kənar heç kəs olmayıb. Hazırda ona dəymiş ziyan tam ödənilib, təqsirləndirilən şəxslə ilə barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 2 il 9 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23.00-dan 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 
Demokrat.az

16:30 - 23 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin