Azərbaycan əsgərinin ölüm səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO

 Azərbaycan əsgərinin ölüm səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO

Ötən gün Naxçıvandakı hərbi hissələrdən birində faciəvi şəkildə həlak olan əsgər Fazil Məmmədli evin tək oğlu olub.

Məlumata görə, Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük iki bacısı var və onlar ailə həyatı qurublar.

Bədbəxt hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki hərbi hissənin tərkibindəki işçi qüvvənin fəaliyyəti zamanı baş verib. Belə ki, 18 yaşlı əsgər Fazil Məmmədli ehtiyatsızlıqdan hərbi yük maşınının altında qalıb və aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.


13:23 - 30 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin