"Zəngəzur dəhlizinin yaradılmasına dair böyük işlər görülür"

Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı böyük işlər həyata keçirilir.

Asayis.Az Report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov akıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş panel müzakirələrində bildirib.

Bundan başqa, o qeyd edib ki, Azərbaycan son 20 ildə logistika sahəsində geniş həcmli işlər görüb: "Məhz bunun sayəsində biz bu gün müxtəlif istiqamətlərdə yük daşımaları həyata keçiririk. Gələcək üçün nəzərdə tutulan infrastrukturla bağlı həllər məqsəd kimi qarşımıza qoyulub. İnfrastruktur layihələri dedikdə, sərhəd-keçid məntəqələrinin inkişafı ilə bağlı məsələlər, digər tərəfdən əsas yük daşıyıcısı olan "Azərbaycan Dəmir Yolları" QSC-nin istifadə etdiyi müxtəlif stansiyaların inkişafı ilə bağlı məsələlər, həm Rusiya, həm də Gürcüstan istiqamətində mövcud yollarımızda rabitə və işarə vermə sistemlərinin yenilənməsi kimi məsələlər nəzərdə tutulur".

13:45 - 22 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin