Bakının Qaradağ rayonunda 1997-ci il təvəllədlü Cahangir yetkinlik yaşına çatmayan Lalə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Asayis.Az-ın məlumatına görə, Cahangir 2006-cı il təvəllüdlü Lalə ilə 25 iyun 2022-ci ildə qeyri-rəsmi nikaha daxil olib. O, ilk dəfə həmin tarixdə olmaqla müxtəlif vaxtlarda mütəmadi olaraq yaşadığı evdə Lalə ilə cinsi əlaqəyə girib.
Hadisəni törədən Cahangirin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cahangir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lalə ilə iyunun 25-də toyları olub və həmin gün onlar yaşadığı ünvanda cinsi əlaqədə olublar: “2022-ci il oktyabr ayının axırlarında Lalənin hamilə olduğunu müəyyən etdik. Dekabrın 28-də müayinələrdən keçməsi məqsədilə üçün Qaradağ rayonunda yerləşən xəstəxanaya getdik. Burada müayinə olunduqdan sonra ona 3 aylıq hamiləlik diaqnozu qoyuldu”.
Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası ilə anası Elnarə o, hələ uşaq olarkən nikahları pozulub: “Mən nənəmin himayəsində yaşamışam və qonşuluqda yaşayan Cahangirlə tanış olmuşam. İyunun 25-də bizim el adəti ilə, lakin, yetkinlik yaşına çatmayan şəxs olduğum üçün rəsmi nikaha daxil olmadan evlənmişik. İlk dəfə həmin ünvanda təbii yolla cinsi əlaqədə olduq. 2022-ci il oktyabr ayının axırlarında hamilə olduğumu müəyyən etdik. Dekabrın 28-də müayinə olunmaq məqsədilə xəstəxanaya getdik. Burada müayinə olunduqdan sonra 3 aylıq hamiləlik diaqnozu qoyuldu”.
Zərərçəkmiş şəxs deyib ki, təqsirləndirilən şəxslə faktiki ər-arvad münasibətindədir, birgə təsərrüfat şəraitində yaşayırlar, himayələrində 1 aylıq övladları var. Onun sözlərinə görə, təqsirləndirilən şəxsin ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş bunların nəzərə alınmasını istəyib.
Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cahangirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.