Köhnə avtobuslarda dəm qazı problemi - Mühərrik yoxlanılmır

 Köhnə avtobuslarda dəm qazı problemi - Mühərrik yoxlanılmır

Saatlıda 8 şagird mikroavtobusda dəm qazından zəhərlənib. Hadisə dekabrın 18-də Qaranuru kəndində baş verib. Mikroavtobusda dəm qazı sızması baş verib. Zəhərlənən məktəblilər Saatlı Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Asayis.Az xəbər verir ki, Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib ki, belə hadisələrin baş verməsinin əsas səbəbi avtomobilin mühərrikinin saz vəziyyətdə olmamasıdır:



“Çox güman mühərrik normal vəziyyətdə olmayıb, ona görə də dəm qazı sızıb. Bu, texniki cəhətdən nasaz avtomobillərin yaşatdığı problemlərin bir qismidir. Avtomobilin texniki saz vəziyyətdə olması önəmlidir. Düşünürəm ki, belə halların baş verməməsi üçün avtobus parkının yenilənməsinə ehtiyac var. Paytaxtda müəyyən qədər dəyişikliklər aparılır, amma bölgələr bir az kənarda qalır. 

Bütün avtomobillər vaxtı-vaxtında texniki baxışdan keçirilir. Çünki əks halda cərimə yazılır. Amma texniki baxış zamanı avtomobilin mühərriki yoxlanılmır, müəyyən parametrlər yoxlanılır və nasaz avtomobilin istismarı davam edir. Gələcəkdə utilizasiya məsələsinə baxmaq lazımdır ki, köhnə nəqliyyat vasitələri ümumiyyətlə istifadə olunmasın”.

Demokrat.az

12:30 - 21 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin