Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur.
Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.
İntiharın səbəbləri ilə bağlı Xalidə Kəngərlinin həkim yoldaşları yeni məlumatlar veriblər.
Cərrah Rəşid Əliyevin sözlərinə görə, mərhum həkim yoldaşı pozitiv insan olub, kiminləsə intriqası olmayıb:
"Hamıyla mehriban olub. Bu dəqiqə bütün klinikadakılar kədərlidir. Həkimlər mat qalıb ki, bu necə olan bir işdir".
Rəşid həkim Xalidə Kəngərlinin uzun çəkən ailə problemlərinin olduğunu, həyat yoldaşı ilə boşanmaq ərəfəsində olduqlarını deyib:
"Həmin gün həyat yoldaşı içib ona şəkil atıb. Sonra da deyib ki, evdəyəm, səni gözləyirəm. Xalidə evə gedəndən 1-2 saat sonra bu xəbər gəldi".
Digər həkim yoldaşı Ləman Əsgərova Xalidə Kəngərlinin psixoloji cəhətdən tam sağlam olduğunu bildirib: "Mən iki ay idi onu tanıyırdım. Pozitiv insan idi, ailəsin sevən biri idi. Ailə münaqişəsi olub".