“Parklanmanın başlıca məqsədi vəsait toplanması deyil” - Rəhman Hümmətov

 “Parklanmanın başlıca məqsədi vəsait toplanması deyil” - Rəhman Hümmətov

"Hazırda şəhərdə istifadə edilən skuterlərin də səliqəli formada şəhərdə sürülməsi üçün layihələr hazırlanır”. 

Oxu.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib. 

O bildirib ki, skuterlərin də velosiped zolaqlarında rahat hərəkəti və parkinq sahələrinin olmasına çalışılır: 

“Bu istiqamətdə işlər aparılır. Bunun özü də paytaxtda nəqliyyat axınına müsbət təsir edəcək.  Artıq 17 mindən çox parklanma yeri təşkil edilib. Yaxın bir-iki ay ərzində bu proses tam yekunlaşacaq. Ehtiyac olan yerlərdə yeni parkinq sahələrinin salınması da mümkün olacaq“.

Əslində parklanmanın başlıca məqsədi vəsait toplanması deyil. İlk növbədə şəhərdə xaotik parklarının qarşısını almaqdır. Parklanma yerlərindən əldə edilən gəlirlər yeni parklanma yerlərinin salınması və mövcud yerlərin saxlanması üçün xərclənir”, - deyə nazir müavini qeyd edib.

12:00 - 19 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin