Sumqayıtda 55 yaşlı kişi 12 yaşlı oğlana təcavüz etdi - TƏFƏRRÜAT

 Sumqayıtda 55 yaşlı kişi 12 yaşlı oğlana təcavüz etdi - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1968-ci il təvəllüdlü Xəlil yetkinlik yaşına çatmayan Fərmana (adlar şərti verilib – red.) təcavüz edib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin mayın 2-də, saat 14 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində baş verib. 

Sumqayıt şəhər sakini Xəlil şəhərin həmin ərazisində gəzdiyi zaman 2012-ci il təvəllüdlü Fərmanı görüb. O, cinsi ehtirasını təmin etmək niyyəti ilə Fərmana müxtəlif vədlər verib və aldadaraq onu Sumqayıt şəhəri, Koroğlu prospektində yaşayış binasının yanında olan, üzərində “NB Lazer” adlı yazılan olan birmərtəbəli tikilinin sanitar qovşağına gətirib. 

Daha sonra qapını kilidləyib və Fərmana zorakılıq göstərib. Zorla ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Hadisəni törədən Xəlilin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mayın 2-də, saat 14 radələrində piyada Sumqayıt şəhəri, 41 məhəllədə həyətində gəzən zaman həyətdə bir necə az yaşlı oğlanların oynadığını görüb: “Onlardan birinin həmin ərazidən aralıqda oynadığını gördüm. Orda adını sonradan bildiyim, təxminən yaşına 12 yaşlı məhrum oğlunun yaşında və ona oxşayan adını sonra bildiyi Fərman adlı uşağı görüb. Fərmana həmin vaxt baxanda ehtiras hissim yarandı. Ona görə də həmin uşağa yaxınlaşdım. Ona guya ətrafda yaşayan qonşunu çağırmağını xahiş etdim. Həmin vaxt Fərman mənə inandı və mənimlə gəldi”.

Xəlil qeyd edib ki, daha sonra Fərmanı aldatmaq üçün “gəl bura, sənə bir şey göstərəcəm” deyib: “Fərmanı orada olan "Havana" adlı kafenin yanına apardım. Fərmanla ora gəldikdə, əvvəldən düşündüyüm "Havana" kafenin yanında olan sanitar qovşağına çağırdım. Fərmana dedim ki, bura tanış yer deyil, onu buraxmazlar, ona isə heç nə deməzlər dedim və sanitar qovşağına keçməsini xahiş etdim. Fərman sanitar qovşağına gəldikdə orada birinci olaraq qapını arxadan bağladım. Fərmanın üzündən və dodaqlarından öpməyə başladım. Daha sonra Fərman bu hərəkətimi istəmədi, müqavimət göstərməyə başladı və oradan getmək istədi. Ona görə də, onun qarın nahiyəsindən bir necə dəfə yumruqla vurdum. Fərman qorxusundan sakitləşdi. Sonra Fərmanın əynində olan şalvannı zornan çıxartdım və əynindəki alt paltarını aşağa saldım. Sonra iyrənc hərəkətlər etməyə başladım”.

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra daha çox ehtirasa gəlib: “Bu zaman Fərmana qarşı seksual xarakterli hərəkətlər etməyə başladım. Fərmandan iyrənc hərəkətlər etməsini tələb etdim. Fərman etiraz etdikdən sonra onun boğazından tutaraq sıxdım və aşağı dizi üstə saldım. Bundan sonra Fərmanın iyrənc əxlaqsız hərəkətlər etməsinə zorla məcbur etdim. İşimi bitirdikdən sonra  qapını açdım. Fərman oradan qaçaraq getdi”. 

Xəlil deyib ki, törətdiyi əməldən peşman olub: “Bu hərəkətimin düzgün olmadığını hesab etmişəm. Ona görə də qanunla cəzamı tam çəkməyə hazıram. Həmin hərəkətinin törtməyimin səbəbi əvvələr cəza çəkmə müəssisələrdə olduğum zaman kişi cinsli məhbuslarla tez-tez cinsi əlaqədə olmağım olub. Həmin vaxtda Fərmanı görəndə qəfildən ehtiraslandım. Özüm ilə bacara bilmədim”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəlil 13 il müddətinə azadlıqdan məhrum edilib. 
Demokrat.az

11:45 - 19 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin