PPX maşının təqib etdiyi avtomobil ağır qəza törətdi, 3 nəfər xəsarət aldı - İDDİA, FOTOLAR

 PPX maşının təqib etdiyi avtomobil ağır qəza törətdi, 3 nəfər xəsarət aldı - İDDİA, FOTOLAR

Novxanı-Masazır şosesində ağır yol qəzası baş verib.

Hadisə Duz gölünün yaxınlığında qeydə alınıb.

“Daewoo” markalı avtomobili idarə edən Hüseyn Məmmədov əks yola çıxaraq İlkin Hüseynovun idarə etdiyi “Hyundai”a çırpılıb. Zərbənin gücündən “Daewoo” Anar Ağayevin idarə etdiyi “Mercedes”ə çırpılaraq aşıb. “Daewoo”nu idarə edən sürücü və sərnişin, həmçinin “Hyundai”ın sürücüsü İ.Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə “Daewoo” markalı avtomobili Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi ərazisində xidmət aparan 99-PN-287 dövlət nişanlı post patrul xidmətinin əməkdaşları təqib edirmiş.

Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.


08:18 - 28 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin