Bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək - Eşqi Bağırov

 Bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək - Eşqi Bağırov

2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.

Asayis.Az xəbər verir ki, bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".

10:30 - 19 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin