Gələn il bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək

 Gələn il bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək

2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Asayis.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

 bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir". (Apa)

16:15 - 18 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin