Ermənistanın Baş naziri Nikol Paşinyan:
"Azərbaycan, Ermənistan və "Dağlıq Qarabağ”a qarşı yeni müharibəyə legitimlik qazandırmaq üçün sülh sazişi, sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regional kommunikasiyaların açılması məsələləri ilə bağlı görüşləri daim gecikdirir, təxirə salır və ya rədd edir".
O deyib ki, Azərbaycan tərəfi bu gün də Brüsseldə baş tutmalı olan görüşdən imtina edib. Azərbaycan açıq şəkildə Ermənistanla dialoqdan imtina edir.
Azərbaycan yeni müharibəyə hazırlaşır, bu, qaçılmaz görünür.
Ermənistan təklif edir ki, dəmir yolu tikintisi ilə bağlı sənədi Azərbaycan imzalasın:
"Bu, Ermənistanın maliyyə xərclərini sığortalamaq üçündür, lakin Azərbaycan bundan imtina edir. Azərbaycan tərəfi Ermənistanla xarici işlər nazirləri səviyyəsində görüş təklifinə də cavab verməyib. Azərbaycan məsələni elə həll etməyə çalışır ki, Ermənistan blokadada qalmaqda davam etsin".
Paşinyan qeyd edib ki, Türkiyə ilə münasibətlərin inkişafı üçün kiçik addımlarla irəliləməyə çalışırıq. Türkiyə ilə Ermənistan arasında vaxtı ilə, hətta sənədlər də imzalanıb, ancaq müddəalar həyata keçməyib. Çünki Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün həmişə "Dağlıq Qarabağ" məsələsini şərt kimi irəli sürüb.