Gürcüstandan Rusiyaya gedən avtomobillər hansı keçidlərdən keçəcək?

 Gürcüstandan Rusiyaya gedən avtomobillər hansı keçidlərdən keçəcək?

Gürcüstandan Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələrinin sahibləri, “Qırmızı Körpü” və “Laqodexi” gömrük məntəqələrindən istifadə edib sərhədkeçmə prosedurlarını həyata keçirə bilərlər.
 

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hava şəraitinin yaxşılaşması və bərpa-möhkəmləndirmə işlərindən sonra “Kazbeqi” məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş iş nəticəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Kazbegi” gömrük-keçid məntəqəsinin əməkdaşları və sərnişinlər mühafizə olunan/təhlükəsiz əraziyə köçürülüb.

22:12 - 27 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin