Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında “TikTok”er, paytaxt sakini Ləman Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək.