Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI

 Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3,58 indeksi ilə) olub.

Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının noyabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib.

Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkət - "Bakı Sığorta" isə 1.64 indeksi ilə “Atəşgah Sığorta” 1.98 indeksi ilə siyahıda üçüncü olub.

Avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta" və lisenziyası ləğv olunmuş "Günay Sığorta" üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:

 

Cədvəl. Avto-icbari sığorta üzrə şikayət indeksi, Dekabr 2022 - Noyabr 2023

Sığortaçılar

Şikayət indeksi

 

"Xalq Sığorta" ASC

3,58

 

"Bakı Sığorta" ASC

1,85

 

“Atəşgah Sığorta” ASC

1,58

 

"AtaSığorta" ASC

1,19

 

“Azərsığorta” ASC

1,17

 

"Azərbaycan Sənaye Sığorta" ASC

0,73

 

“Paşa Sığorta” ASC

0,54

 

"Meqa Sığorta" ASC

0,46

 

"Qala Sığorta" ASC

0,38

 

"Naxçıvansığorta" ASC*

0,00

 

 

yuxarı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan)
orta şikayət indeksi
aşağı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan)

16:00 - 16 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin