Bakı-Qazax yolunda qəza olub.
Məlumata görə, Yevlax rayonu ərazisində baş verən hadisə zamanı avtomobillərin daşıması üçün nəzərdə tutulan yük maşın yolayrıcı beton arakəsmələrə çırpılıb.
Şahidlərin sözlərinə görə, qəza "avtokar"ın təkərinin partlaması nəticəsində baş verib. Yol nəqliyyat hadisəsi zamanı dartıcıya və yük yerində olan bir neçə maşına ziyan dəyib.