Bu şadlıq sarayı bağlandı

 Bu şadlıq sarayı bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Qalib Gilasxan oğluna məxsus “Səadət” şadlıq sarayında yoxlama keçirib.

AQTA-dan Asayis.Az-a verilən məlumata görə, baxış zamanı şadlıq sarayında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb

13:30 - 13 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin